Cüdoçularımız komanda yarışında bürünc medal qazandılar

Cüdoçularımız komanda yarışında bürünc medal qazandılar
Oxunma sayı: 1187

Xorvatiyanın Poreç şəhərində yeniyetmə cüdoçular arasında Avropa birinciliyinin komanda yarışları keçirilib.

"Qafqazinfo" xəbər verir ki, Azərbaycan cüdoçuları üçüncü yer uğrunda Polşa yığmasına 4:2 hesabı ilə qalib gələrək çempionatın bürünc medalını qazanıblar.

Qeyd edək ki, yeniyetmə oğlanlardan ibarət milli komandamız fərdi yarışlarda 2 qızıl, 4 bürünc medal qazanaraq Avropa birinciliyində medal əyarına və sayına görə birinci yeri tutub. Ümumi komanda hesabında isə 3 qızıl, 1 gümüş və 4 bürünc medalla Azərbaycan yığması ikinci yeri tutub.