Cüdoçularımız medalla başladı

cudocularimiz-medalla-basladi
Oxunma sayı: 641

Bu gün Türkiyənin Antalya şəhərində cüdo üzrə “Qran-Pri”yarışına start verilib.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan milli komandasının da iştirak etdiyi yarışın ilk günündə 7 cüdoçumuz tatami üzərinə çıxıb.
 
Qadın təmsilçilərimizdən 52 kq çəki dərəcəsində çıxış edən Nəzakət Əzizova qardaş ölkədə bürünc medal qazanıb. 48 kq çəki dərəcəsində mübarizə aparan Aişə Qurbanlı isə 5-ci olub.
 
Qeyd edək ki, 34 ölkədən 252 idmançının (155 oğlan, 97 qız) mübarizə apardığı mötəbər turnirdə Azərbaycan milli komandası 13 cüdoçu (7 oğlan, 6 qız) ilə təmsil olunur.
 
Xatırladaq ki, Antalya “Qran-Pri”sinə aprelin 9-da yekun vurulacaq.