Minskdə keçirilən ikinci Avropa Oyunlarının ikinci günündə cüdoçularımız mübarizəyə qoşulublar.
“Qafqazinfo” xəbər verir ki, tatami üzərinə çıxan ilk cüdoçumuz qələbə qazanıb. Komandamızın üzvü Gültac Məmmədəliyeva (52 kq) ilk görüşdə - 1/32 finalda finlandiyalı Katri Kakkonu məğlub edib. Səkkizdəbir finalda onun rəqibi belçikalı Çarlin Van Snik olacaq.
Bu çəki dərəcəsində çıxış edən digər idmançımız – Larisa Florian isə polşalı Karolina Pienkovska ilə görüşəcək.
Qeyd edək ki, Oyunların ikinci günündə mübarizəyə 7 cüdoçumuz qoşulub. Azərbaycan idmançıları yarışların ikinci günündə boks, cüdo, sambo, gimnastika və stend atıcılığı yarışlarında iştirak edirlər.
Son xəbərlər
Son Xəbərlər