Cüdoçularımız Qran-pri turnirində

cudocularimiz-qran-pri-turnirinde
Oxunma sayı: 1022


"Qafqazinfo" Apasport.az saytına istinadən  məlumat verir ki, martın 28-də start götürən yarışda daha 3 Azərbaycan təmsilçisi tatami üzərinə çıxacaq.

Komandamızın üzvlərinin 6-si ilk gündə uğursuz çıxış etdikdən sonra Qran-pridə qadın idmançımız qalmayıb. Bu üzdən mübarizəyə yalnız kişi cüdoçularımızdan üçü qoşulacaq.

Kişilər

73 kq

 Rüstəm Orucovun 1/16 finalda rəqibi müəyyənləşib. Təmsilçimiz bu mərhələdə Martin İvanova (Bolqarıstan) yuko və ipponla qalib gələn Bayram Ceylanı (Türkiyə) sınağa çəkəcək.

 81 kq  

Bu çəkidə 2 təmsilçimiz qüvvəsini sınayacaq. 1/32 finalda Tanju Sorlı (Türkiyə) ilə qarşılaşan Əbdülhəqq Rəsullu rəqibini yuko fəndi ilə məğlub edib. Növbəti mərhələdə onun rəqibi çexiyalı Yaromir Musil olacaq.

Digər idmançımız Rüstəm Alimli isə ilk görüşündə Əmir Nicat Xaşemi (İran) ilə üz-üzə gələcək.