Cüdoçularımız Rumıniyada 9 medal qazandılar - Fotolar

cudocularimiz-ruminiyada-9-medal-qazandilar
Oxunma sayı: 2538

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən yeniyetmələr arasında cüdo üzrə Avropa kuboku turnirinə bu gün yekun vurulub.

“Qafqazinfo” xəbər verir ki, dördü qız olmaqla, 20 yeniyetmə cüdoçuyla turnirə qatılan yığma komandamız yarışı 3 qızıl, 1 gümüş, 5 bürünc medalla başa vurub.

Millimiz 9 medalla turniri 2-ci yerdə bitirib.

-55 kq.

Şahin Oruczadə (qızıl)

-66 kq.

Mehdi Cəfərov (qızıl)

-57 kq.

Fidan Əlizadə (qızıl)

-50 kq.

Məhəmməd Məmişov (gümüş)

-52 kq.

Vüsalə Hacıyeva (bürünc)

-55 kq.

Məhəmməd Musayev (bürünc)

-66 kq.

Əbil Yusubov (bürünc)

-73 kq.

Süleyman Əliyev (bürünc)

Əli Hacızadə (bürünc)