Cüdoçularımız üç bürünc medal qazandı - Yenilənib

cudocularimiz-uc-burunc-medal-qazandi
Oxunma sayı: 1671

İspaniyanın Madrid şəhərində cüdo üzrə Avropa Kubokuna strart verilib.

“Qafqazinfo”nun məlumatına görə, Azərbaycan milli komandası yarışın ilk günü aktivinə 2 medal yazdırıb.

60 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Elbrus Zamanov bürünc medal qazanıb.

73 kq çəki dərəcəsində bürünc medal uğrunda mübarizədə isə Azərbaycan dueli reallaşıb. Bu çəkidə çıxış edən millimizin cüdoçuları – Telman Vəliyev və Hudayət Heydərov qarşı-qarşıya gəlib. Azərbyacan dulenin qalibi Vəliyev olub. Heydərov isə turnirə 5-ci yerdə yekun vurub.

Digər təmsilçimiz Oruc Vəlizadə də Avropa Kubokunda 5-ci olub.

Qeyd edək ki, 26 ölkədən 255 idmançının (139 kişi, 116 qadın) mübarizə apardığı mötərəb turnirində Azərbaycan millisi 14 cüdoçu ilə təmsil olunur.

***

İspaniyanın Madrid şəhərində cüdo üzrə Avropa Kubokuna yekun vurulub.

Azərbaycan Cüdo Federasiyasından “Qafqazinfo”ya verilən məlumata görə, milli komandamız yarışın sonuncu günü aktivinə daha bir medal yazdırıb.

100 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Cəlil Şükürov bürünc medala sahib olub.

90 kq çəki dərəcəsində çıxış edən Tural Səfquliev isə turniri 7-ci yerdə tamamlayıb.

Bununla da, Azərbaycan milli komandası Avropa Kubokunda 3 bürünc medal qazanaraq çıxışını başa vurub.