Cüdoçularımızdan ilk qələbə- - Yenilənir

cudocularimizdan-ilk-qelebe-
Oxunma sayı: 1587


“Qafqazinfo”nun məlumatına görə, Heydər Əliyev adına idman arenasında keçiriləcək yarışda Azərbaycan cüdoçuları da mübarizəyə qoşulacaqlar. Dünya reytinqi cədvəlində 3-cü yerdə olan Səbinə Abdullayeva qadınların 57 kq-adək çəki dərəcəsində gözdən əlil idmançılar arasında qızıl medal uğrunda yarışacaq.

Kişilər arasında isə, müharibə əlili olan və adətən 100 kq-dan yuxarı çəki dərəcəsində mübarizə aparan görmə məhdudiyyətli İlham Zəkiyev, Bakı 2015 ilk Avropa Oyunlarında 90 kq-dan yuxarı çəkidə qızıl medal uğrunda rəqibə qarşı görüş keçirəcək.

Qarşılaşma 14:50-də başlayacaq. 

***

Cüdoçumuz  Xanım Hüseynova makedoniyalı Katerina Nikoloska ilә gülәşir.

***

Xanım Hüseynova qələbə qazanıb 1/16 final mərhələsinə çıxdı.

***

63 kq çəki dərəcəsində Nuriyyə Axundova polşalı Aqata Ozdoba ilə qarşılaşır.

***

Nuriyyə Axundova rəqibinə ipponla uduzdu.

***

73 kq çəki dərəcəsində kişilərin yarışında Rüstəm Orucov 1/16 final mərhələsinin oyununa çıxacaq. O, burada çexiyalı Yaromir Yezeklə üz-üzə gələcək.

***
Rüstəm Orucov da Yezekə ipponla məğlub oldu.

***
Validə Mirzəzadə də belçikalı Roksana Teymansa ipponla uduzdu.

***
70 kq-da mübarizə aparan Nərgiz İbrahimova xorvatiyalı Matic Barbara ilə qarşılaşır.

***
Nərgiz İbrahimova da rəqibinə ipponla uduzdu.

***

Cüdoçumuz Xanım Hüseynova fransalı Klariss Aqbenenu ilə qarşılaşıb. Xanım idçmançımız ipponla uduzub.