Cüdoçularımızdan Tokio-2020-də uğursuz start - Yenilənib

cudocularimizdan-tokio-2020-de-ugursuz-start
Oxunma sayı: 3387

Tokio-2020 Yay Olimpiya Oyunlarında cüdo yarışlarına start verilib.

"Qafqazinfo" xəbər verir ki, 60 kq çəki dərəcəsində yarışan Kəramət Hüseynov yarışa qələbə ilə başlayıb.

Təmsilçimiz 1/16 finalda Böyük Britaniya idmançısı Eşli Makkenzi ilə qarşılaşıb və rəqibini məğlub edib. Kəramət 1/8 finalda Gürcüstan təmsilçisi Luxumi Çxvimiani ilə üz-üzə gələcək. 

Qadınlarında yarışında isə Aişə Qurbanlı (48 kq) ilk görüşdəcə mübarizəni dayandırıb. O, 1/16 finalda portuqaliyalı Katarina Koştaya uduzub.

***

Kəramət Hüseynov 1/8 finalda gürcü rəqibinə ipponla məğlub olaraq mübarizəni dayandırıb. 

Qeyd edək ki, Azərbaycan Tokio-2020-də 9 cüdoçu ilə təmsil olunur.