Cüdoçumuz 7-ci oldu

Cüdoçumuz 7-ci oldu
Oxunma sayı: 711

Fevralın 21-də Almaniyanın Düsseldorf şəhərində cüdo üzrə “Böyük dəbilqə” turnirində birinci günün yarışları keçirilib.

"Qafqazinfo" xəbər verir ki, yarışların ilk günündə Azərbaycanın səkkiz cüdoçusu tatamiyə çıxıb. Kişi cüdoçular arasında Kəramət Hüseynov, Oruc Vəlizadə (60 kiloqram), Nicat Şıxəlizadə, Orxan Səfərov (66 kiloqram), qadınların yarışında Aişə Qurbanlı, Leyla Əliyeva (48 kiloqram), Gültac Məmmədəliyeva (52 kiloqram), Aleksandra-Larisa Florian (57 kiloqram) mübarizə aparıblar. Təmsilçilərimizdən Orxan Səfərov turnirdə yeddinci yeri tutub.

Fevralın 23-dək davam edəcək yarışda 116 ölkədən 700-ə yaxın cüdoçu mübarizə aparır.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi