Cüdoçumuz finala çıxdı

cudocumuz-finala-cixdi
Oxunma sayı: 1059

Azərbaycan cüdoçusu Kamran Süleymanov Avstriyanın Linz şəhərində keçirilən Qran-pridə finala yüksəlib.

“Qafqazinfo” xəbər verir ki, 66 kq çəki dərəcəsində çıxış edən idmançı həlledici raundda İspaniya təmsilçisi David Qarsiya Torne ilə üz-üzə gələcək.

60 kq-dakı Nazir Talıov bürünc medal uğrunda qarşılaşmada Ukraynadan olan Artem Lesiukla, qadınların yarışında 52 kq-dakı Gültac Məmmədəliyeva ispan Ariane Toro Solerlə görüşəcək.

Bu gün mübarizəyə qoşulan Əhməd Yusifov (60), Leyla Əliyeva, Şəfəq Həmidova (hər ikisi 48 kq), və Finan Əlizadə (57 kq) mübarizəni dayandırıb.

Qeyd edək ki, Qran-pri mayın 27-də başa çatacaq.