Cüdoçumuz finalda!

cudocumuz-finalda
Oxunma sayı: 2116

Azərbaycan cüdoçusu Kənan Nəsibov Tacikistanda keçirilən gənclər arasında dünya çempionatında finala vəsiqə qazanıb.

“Qafqazinfo” xəbər verir ki, 100 kiloqramdan yuxarı çəkidə mübarizə aparan idmançımız yarımfinalda Beynəlxalq Cüdo Federasiyasının bayrağı altında çıxış edən Arsen Kadjayevə ipponla qalib gəlib.

O, qızıl medal uğrunda qarşılaşmada Denis Batçayevlə mübarizə aparacaq.

Qeyd edək ki, hələlik bu dünya çempionatında Azərbaycan millisinin aktivində hələ ki, bir medal var. Ötən gün Süleyman Şükürov (81 kiloqram) 3-cü yeri tutub.