Cüdoçumuz İslamiadada gümüş medal qazandı

cudocumuz-islamiadada-gumus-medal-qazandi
Oxunma sayı: 1044

Türkiyənin Konya şəhərində təşkil olunan V İslam Həmrəyliyi Oyunlarında cüdoçumuz Elmar Qasımov (100 kq) gümüş medal qazanıb.

“Qafqazinfo” xəbər verir ki, tatami ustası həlledici mərhələdə Özbəkistan təmsilçisi Muzaffarbek Turoboyevə uduzaraq ikinci yerlə kifayətlənib.

Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunlarında 56 ölkədən 4 mindən çox atlet idmanın 24 növü üzrə 483 dəst medal uğrunda mübarizə aparır. İslamiada avqustun 18-dək davam edəcək