Cüdoçumuz İslamiadada qızıl medal qazandı - Yenilənib

cudocumuz-islamiadada-qizil-medal-qazandi
Oxunma sayı: 1801

Azərbaycan Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında növbəti qızıl medalı qazanıb. 

“Qafqazinfo” xəbər verir ki, 60 kq çəki dərəcəsində çıxış edən cüdoçu Balabəy Ağayev finalda özbəkistanlı idmançı Kamran Nurullayevə ipponla qalib gəlib. 

Qadınların yarışında 48 kq-dakı Könül Əliyeva finalda Türkiyə idmançısı Tuğce Bederə məğlub olaraq gümüş medalla kifayətlənib. Eyni çəkidəki Leyla Əliyeva üçüncü yer uğrunda görüşdə Tunis təmsilçisi Umayma Bediuiyə yenilib. 

Azərbaycan cüdoçusu Telman Vəliyev Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanıb.

***

Azərbaycan cüdoçusu Nəriman Mirzəyev Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında final görüşünə çıxıb.

73 kq-da yer alan idmançı qızıl medal uğrunda qarşılaşmada özbəkistanlı Şakram Ahadovla görüşüb.

Rəqibinə cərimə xalı uduzan Mirzəyev gümüş medalla kifayətlənib.