Cüdoçumuzdan 16 saniyəlik qələbə

cudocumuzdan-16-saniyelik-qelebe
Oxunma sayı: 1694


 "QAfqazinfo"nun Apasport.az saytına itinadən  məlumatına görə, yarışın ikinci günü daha 2 həmyerlimiz tatamiyə çıxacaq.

 Kişilər

73 kq

İlk görüşdən azad olan Rüstəm Orucov 1/16 final mərhələsində moldovalı İqor Soroka ilə güləşib. O, rəqibini tatamiyə çıxmağa peşman edərək, cəmi 16 saniyəyə təmiz qələbə qazanıb.

Cüdoçumuz ikinci görüşündə Sergey Drebotla Ukrayna) üz-üzə gələcək.

 81 kq

Orucov kimi Məmmədəli Mehdiyev də Monpelyedə 1/16 finada debüt edəcək. Həmyerlimiz yunanıstanlı Aleksios Ntanatsidislə gücünü yoxlayacaq.

 Qeyd edək ki, Fransaya 10 idmançı ilə yollanan Azərbaycan millisinin artıq 4 cüdoçusu çıxışını başa vurub. Onlardan yalnız İlqar Müşkiyev (60 kq) bürünc medal qazanıb. Digər 4 idmançımız isə sabah qüvvəsini sınayacaq.