Cüdoçumuzdan gümüş medal

Cüdoçumuzdan gümüş medal
Oxunma sayı: 799

Çinin Qingdao şəhərində keçirilən cüdo üzrə nüfuzlu "World Masters" yarışı başa çatıb.

"Qafqazinfo" xəbər verir ki, beynəlxalq turnirin son günü Azərbaycan millisi aktivinə daha bir medal yazdırıb. Qadınların yarışında +78 kq çəki dərəcəsində mübarizə aparan İrina Kindzerska Fransa, Çin, Braziliya və Koreya cüdoçularını məğlub edərək finala çıxıb. Həlledici qarşılaşmada Niderland təmsilçisi Tessi Savelkoulsa uduzan cüdoçumuz mötəbər yarışın gümüş medalını qazanıb.

Xatırladaq ki, bu millimizin Çində qazandığı ikinci medal olub. Yarışın ikinci günü Rüstəm Orucov (-73 kq) bürünc medala layiq görülüb. Qeyd edək ki, mötəbər yarışda 67 ölkədən 445 cüdoçu mübarizə aparıb. Azərbaycanı beynəlxalq turnirdə 11 cüdoqi ustası (8 oğlan, 3 qız) təmsil edib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi