Culani Suriyanın yeni Prezidenti oldu

culani-suriyanin-yeni-prezidenti-oldu
Oxunma sayı: 7478

Əhməd əş-Şaraa (Culani) keçid dövründə Suriya Prezidenti vəzifəsini icra edəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Hərbi Əməliyyatlar Direktorluğunun (yeni qurulmuş hökumətin rəhbər orqanı - red.) bəyanatında qeyd olunub.

Məlumata görə, o bundan sonra müvəqqəti administrasiyanın prezidenti kimi ictimai tədbirlərdə iştirak edə biləcək.

Bundan əlavə, ölkənin hakimiyyət orqanları Konstitusiyanın fəaliyyətinə xitam verildiyi, parlamentin, Təhlükəsizlik Xidmətinin və silahlı birləşmələrin buraxıldığı bəyan edilib.