“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Namiq Nəsibov və Elnur Ələkbərovun cinayət işi üzrə ittiham aktı élan olunub.
Təqsirləndirilən şəxslər terrorçuluq və qanunsuz olaraq silah saxlama ittihamlarını qəbul etməyib.
Namiq Nəsibov yalnız Cinayət Məcəlləsinin 134-cü (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddəsi ilə özünü qismən təqsirli bilib.
Məhkəmədə zərərçəkmişlər iştirak etmədiyi üçün növbəti iclas iyulun 2-ə təyin olunub.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər