Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon rəhbərliyi, idarə, müəssisə, təşkilat, veteran və gənclər təşkilatlarının, rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi təntənəli qeyd olunub.
İH-dən “Qafqazinfo”ya daxil olan xəbərə görə, tədbiri giriş sözü ilə açan Nəsimi rayon İcra hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığı qeyd edib. O, bildirib ki, AXC-nin 23 aylıq fəaliyyəti dövründə əldə etdiyi nailiyyətlərdən, bütün sahələrdə həyata keçirilmiş islahatlardan və quruculuq işlərindən bəhs edib.
Tədbirdə Cümhuriyyətin yaşıdları olan ahıl sakinlər tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə hazırlanmış tort kəsilib və çay süfrəsi arxasında öz xatirələrini bölüşüblər.
Tədbirdə Fəzail Miskinli, Telli Borçalı, Rövşən Əziz, Zahid Qubadlı, Səlim Abbasovun ifaları dinlənilib.

Son xəbərlər
Son Xəbərlər