Cümhuriyyətlə bağlı toplantı keçirildi

cumhuriyyetle-bagli-toplanti-kecirildi
Oxunma sayı: 686


Tədbirdən öncə rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, Şəmkir Hərbi Birləşməsinin komandiri, general-leytenant Rövşən Əkbərov, rayon hüquq mühafizə orqanlarının, eləcə də  idarə və təşkilatların rəhbərləri Heydər Əliyevin abidəsini ziyarət ediblər.  Azərbaycan xalq Cümhuriyyətinin 97-ci ildönümünə həsr olunmuş tədbir Heydər Əliyev Mərkəzində davam etdirilib. Tədbirin rəsmi hissəni giriş sözü ilə açan  Şəmkir rayon icra hakimiyyəti başçısının müavini, YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev Cümhuriyyətin yaranma tarixindən və fəaliyyətindən geniş söz açıb. 

Daha sonra tədbir dəyirmi masa ətrafında keçirilib. Dəyirmi masada iştirak edən rayon İH-nin başçısı Alimpaşa Məmmədov Cümhuriyyət tarixi haqqında geniş söz açıb. Tədbir qarşılıqlı fikir mübadiləsi ilə davam etdirilib. Tədbirdə iştirak edən tarixçilər Cümhuriyyətin tarixi haqqında öz fikirlərini bildiriblər.