Çunayev və Hüseynov finalda- - Yenilənib

cunayev-ve-huseynov-finalda-
Oxunma sayı: 7140


"Qafqazinfo" xәbәr verir ki, Heydәr Әliyev adına İdman vә Konsert Kompleksindә keçirilәn yarışlarda azәrbaycanlı idmançılar da  xalça üzәrinә çıxacaq.

1/8 final mәrhәlәsində hazırda 98 kq-da mübarizә aparan Orxan Nuriyev isveçli idmançı Teodoros Tunisdisis qarşı mübarizә aparır. 

***

İdmançımız rəqibini 4-1 hesabı ilə məğlub etdi.

***

Daha bir idmançımız  59 kq-da mübarizә aparan Elman Muxtarov gürcü Meladze Gizo ilә qarşılaşır.

***

İdmançımız hazırda 5-0 öndədir.

***

Hazırda hesab 5-3 Elmanın xeyrinədir və bu hesabla da oyun başa çatdı.

***

71 kq-da mübarizә aparan Rәsul Çunayev moldovalı Kataraqa Daniellә qüvvәsini sınayır və hazırda 4-0 irəlidədir. İdmançımız hesabı 6-0 etdi və güləşçimiz 7-6 hesabı ilə qalib gəldi.

****

80 kq-da ölkәmizi tәmsil edәn Rafiq Hüseynov isә avstriyalı Vaqner Mayklla üz-üzә gәlir. Rafiq Hüseynov 11-0 hesabı ilə qələbə qazandı.

***

98 kq-da mübarizə aparan Orxan Nuriyev 1/4 final mərhələsinin görüşünə çıxır. O, litvali Vilius Laurinatislə qarşılaşıv və 9-1 hesabı ilə qalib gəldi.

***

59 kq çəki dərəcəsində yarışan güləşçimiz Elman Muxtarov da xalçaya çıxıb. Onun rəqibi norveçli Sitg-Andre Berqdir.

***

Elman Muxtarov 7-6 hesabı ilə qalib gəldi. 

***

80 kq-da mübarizə aparan Rafiq Hüseynov bolqarıstanlı Daniel Aleksandrovla qarşılaşır. O, növbəti dəfə 10-0 təmiz qələbə qazanıb.

****

71 kq-da mübarizə aparan Rəsul Çunayev xotvatiyalı Etlinqer Dominiklə qarşılaşır. Rəsul Çunayev də  4-0 hesabı ilə qələbə qazandı.

***

 Yarımfinal mərhələsində 59 kq-da Elman Muxtarov rusiyalı Stepan Maryanyanla qarşılaşır.

***

71 kq-da Rəsul Çunayev növbəti görüşünə çıxır. O, bolqarıstanlı Kostadinov Svilen ilə qarşılaşır və 10-0 hesabı ilə finala vəsiqə qazandı.

***

98 kq Orxan Nuriyev rusiyalı İslam Maqomodevlə qarşılaşır və 1-3 hesabı ilə idmançımız uduzdu.

***

80 kq-da mübarizə aparan Rafiq Hüseynov türkiyəli Səlçuk Cəbi ilə qarşılaşır. Hüseynov 3-cü təmiz qələbəsini qazandı və finala çıxdı

***

Rusiya idmançısı turnirin finalına vəsiqə qazandığından Orxan Nuriyev təsəlliverici görüşə çıxmaq şansı əldə edib.Təsəlliverici qarşılaşmada güləşçimiz Estoniyadan olan rəqibi Ardo Arusaarı 2:0 hesabı ilə məğlub etdiyindən bürünc medal uğrunda yarışa biləcək. 

Elsevər