Çunayevdən şok məğlubiyyət - Hüseynov və Nuriyev finalda

cunayevden-sok-meglubiyyet
Oxunma sayı: 1814

Sabah İslam Həmrəylik Oyunlarında güləş yarışlarına start veriləcək. “Qafqazinfo” xəbər verir ki, ilk olaraq xalçaya yunan-Roma güləşçiləri çıxacaq. 

Artıq yarışların püşkü də atılıb. İdmançılarımız rəqiblərini tanıyıblar. 

1/8 finaldan azad olan 59 kq çəki dərəcəsində Murad Məmmədov ¼-də iranlı M. Nourbaxşla üz-üzə gələcək. 

71 kq çəkidə komandamızın lideri Rəsul Çunayev ¼ finalda əlcəzairli A. Boudjemline ilə qarşılaşacaq. 

80 kq-da Rafiq Hüseynov ¼ finalda qırğızıstanlı A. Azisbekovla qüvvəsini sınayacaq.

98 kq çəkidə Orxan Nuriyev də ¼ finaldan yarışa start verəcək. O, özbəkistanlı R. Assalakovla güləşəcək.

***

Rəsul Çunayev 1/4 finalda iranlı rəqibini 1 dəqiqə 4 saniyəyə 8:0 edərək yarımfinala adladı. 

***

Orxan Nuriyev pakistanlı Raza Tayaba 9:0 hesabı ilə qalib gələrək yarımfinala keçdi.

***

Murad Məmmədov iranlı rəqibinə qalib gələrək yarımfinala adladı.

***
Rəsul Çunayev yarımfinalda iranlı Gerai Mohammadaliya uduzub. Çunayev 5:0 önə keçsə də, sonradan 6:5 hesabı ilə məğlub olub.

***

Rafiq Hüseynov qırğızıstanlı rəqibini udaraq yarımfinala çıxıb. O, yarımfinalda təmiz qələbə ilə finala çıxdı.

***
Orxan Nuriyev özbəkistanlı rəqibinə qalib gələrəl finala çıxdı.

***

Murad Məmmədov qırğızıstanlı rəqibinə uduzub.