Cüneyt Çakır yarımfinala təyinat aldı

cuneyt-cakir-yarimfinala-teyinat-aldi
Oxunma sayı: 3527

Dünya çempionatının yarımfinal mərhələsindəki Xorvatiya - İngiltərə qarşılaşmasının hakimləri açıqlanıb.

“Qafqazinfo” xəbər verir ki, matçı türkiyəli hakimlər briqadası idarə edəcək.

Matçın baş hakim Cüneyt Çakır təyin olunub. Ona Bahaddin Duran və Tarık Ongun yardım edəcəklər. Dördüncü hakim isə hollandiyalı Byörn Kuypers olacaq.

Qeyd edək ki, bu matç iyulun 11-də saat 22:00-da başlayacaq.