Çuxurda meyit tapıldı - Yenilənib

cuxurda-meyit-tapildi
Oxunma sayı: 3998

İsmayıllıda kişi meyiti tapılıb.

“Qafqazinfo” xəbər verir ki, hələ ki şəxsiyyəti müəyyən edilməyən şəxsin meyiti internet kabelləri çəkilən çuxurda aşkar edilib.

Meyit aidiyyəti üzrə təhvil verilib.

***

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru polis kapitanı Mahir Məsimov bildirib ki, bu gün səhər saatlarında İsmayıllı rayonunun Diyallı kəndi ərazisində təxminən 30-40 yaşlarında olduğu ehtimal edilən kişi meyiti aşkarlanıb.

Meyit müayinə olunması üçün morqa yerləşdirilib və hazırda onun şəxsiyyətinin müəyyən edilməsi istiqamətində tədbirlər keçirilir.