Cüzeppe Konte istefa verdi

cuzeppe-konte-istefa-verdi
Oxunma sayı: 1476

İtaliyanın Baş naziri Cüzeppe Konte rəsmən istefa verib. “Qafqazinfo” xəbər verir ki, o, bu barədə nazirləri məlumatlandırıb.

Onun istefa ərizəsini yaxın vaxtlarda Prezident Sercio Mattarellaya təqdim etməsi gözlənilir.

Kontenin istefa səbəbinin hakim koalisiyadakı fikir ayrılıqları olduğu bildirilib.

İtalyan mətbuatında Mattarellanın seçki keçirməməyə, Konteyə üçüncü dəfə hökumət qurmaq şansı verməyə meylli olduğu bildirilir. 

Mattarellanın tez bir zamanda partiya nümayəndələri ilə məsləhətləşməsi və qərarını bu həftənin sonunda elan etməsi gözlənilir.