Cüzeppe Konte istefaya hazırlaşır

Cüzeppe Konte istefaya hazırlaşır
Oxunma sayı: 840

İtaliyanın Baş naziri Cüzeppe Konte istefaya hazırlaşır.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə İtaliyanın hökumət evinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, sabah Nazirlər Kabinetinin iclasından sonra Konte istefasını elan edəcək və bu barədə Prezident Serco Mattarelleyə bildirəcək.

Ehtimal olunur ki, Kontenin bu addımı formal xarakter daşıyır və parlamentdə yeni mandat aldıqdan sonra kabineti yenidən formalaşdıracaq.