Dabonun xanımı Bordindən narazıdır - Fotolar

Dabonun xanımı Bordindən narazıdır
Oxunma sayı: 2899

“Neftçi”nin hücumçusu Baqali Dabo komandadakı durumundan narazıdır. "Qafqazinfo" xəbər verir ki, bunu onun xanımının sosial şəbəkədəki paylaşımından görmək mümkündür. 

“Neftçi”nin dünən “Sabah”la 1:1-lik heç-heçə etdiyi matçda Dabo forma geyinməyib. Zədəsini sağaltdıqdan sonra “Bney Yehuda”ya qarşı Avropa Liqası matçında oynayan hücumçu, hazırda baş məşqçi Roberto Bordindən etimad görmür. Görünür, inciklik ailə daxilində də müzakirə olunub.

Baqalinin fotolarını paylaşan xanımın paylaşımında yazılanlardan bunu hiss etmək mümkündür: “Keçən il bu komandada ən çox kimin qol vurduğunu bilirik. Əhsən sənə. Bu nə birinci, nə sonuncu dəfədir. Biz bilirik ki, ən yaxşı sənsən. Şansı başqalarına buraxaq. Heç nə olmaz, öyrəşirik”.





Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi