“Daçiya” – “Kəpəz” oyununun hakimləri bəllidir

daciya-kepez-oyununun-hakimleri-bellidir
Oxunma sayı: 989

UEFA Avropa Liqasının birinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində iyulun 7-də Moldovanın Speya şəhərindəki eyniadlı stadionda keçiriləcək “Daçiya”– “Kəpəz” oyununu idarə edəcək hakimlər müəyyənləşib.

Qafqazinfo” xəbər verir ki, qarşılaşmanı gürcü hakimlər idarə edəcək.

Həmin təyinatları diqqətinizə çatdırırıq:

Baş hakim: Laşa Silagava
Baş hakimin köməkçiləri: Zaza Menteşaşvili, Levan Todria
Dördüncü hakim: Goga Kikaçeişvili
(Hakimlər briqadası Gürcüstandandır)
UEFA nümayəndəsi: Tammo Beishuizen (Hollandiya)
Hakim-inspektor: Ichko Lozev (Bolqarıstan)

Qeyd edək ki, Bakıdakı ilk oyunda qolsuz heç-heçəyə razılaşmış "Kəpəz"lə "Daçiya"nın Moldovadakı cavab oyunu iyulun 7-də keçiriləcək və saat 19:00-da start götürəcək.