Dadaş Adna 1978-ci ilin fevralın 3-də anadan olub. O, uzun müddət qan xərçəngi xəstəliyindən müalicə alırdı. O, fotoqraflıqla yanaşı şeirləri ilə də məşhurlaşıb. Bununla yanaşı onun Elvin Adıgözəl və Ru Həsənovun birgə çəkdiyi, 66-cı Locarno Beynəlxalq film festivalında iştirak edən “Buqələmun” filminin operatoru olub. Dadaş Adnanın fotolarında kənddə yaşayan sadə vətəndaşların həyatını olduğu kimi əks etdirir. Bu fotolarda Dostoyevski romanlarının ağırlığı duyulur.
D.Adna Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda dəfn olunub.
Qeyd edək ki, anım günündən sonra, 19:00-da ODA Teatrında "Apokalipsis" tamaşası olacaq.
“Apokalipsis” tamaşası: (tizer: https://www.youtube.com/watch?v=TuM5EMn8ZbI)
Müəllif: Sien Eker; Rejissor: Hacıbaba Məmmədov; Aktyor: Niyaz İlyasoğlu
P.S. Sərgiyə giriş pulsuzdur, tamaşanın bileti isə 3 AZN-dir.
Ünvan: Dilarə Əliyeva 141 (videoxəritə: https://www.youtube.com/watch?v=SOvJ0dlVRjA)
Əlaqə: 050 394 48 64 və 070 219 83 33
İnformasiya dəstəyi: Fraqment.Az
Son xəbərlər
Son Xəbərlər