Partiyanın mətbuat xidmətinin verdiyi məlumata görə, gələn bələdiyyə seçkilərinə qatılmaq istəyən partiya təmsilçilərinin prosedur qaydalarına uyğun olaraq iştirakının təmin edilməsi müzakirə olunub. DADP-nin sədri Fatma Əliyeva bildirib ki, prezident seçkilərində olduğu kimi, bələdiyyə seçkilərinin də azad və adalətli keçiriləcəyinə inanır. “Seçki proseslərinə müşahidəçi kimi qatılan bütün beynəlxalq qurumlar da bunu təsdiq edib. Qanunvericiliyin tələbinə əsasən partiyamızın bütün fəal üzvləri daimi yaşayış yerlərində bələdiyyə seçkilərinə qatıla bilər. Hamıya yaxşı məlumdur ki, seçkilərə qatılamaqda heç kimə maneə törədilmir. Öz ağlına, işgüzarlığına, bacarığına əmin ola bilən hər kəs bələdiyyə seçkilərində iştirak edə bilər. Xahiş edirəm, bü sözlərimi bütün bölgələrdə olan fəallarımıza çatdırasınız. Ötən illərdə keçirilən bələdiyyə seçkilərində partiyamızın bir üzvü belə təmsil olunmamışdır. Indi çalışmalıyıq ki, buraxılan səhvlər yenidən təkrar olmasın. DADP artıq öncül partiyaların sırasına yer tutmuşdur. Çünki, dövlətimizin bütün sahələr üzrə apardığı siyəsəti həmişə dəstəkləmişik və əməli işlərimizlə, bir sıra mühüm tədbirlər həyata keçirməklə bunu sübuta yetirmişik. Bilirsiniz ki, ötən il bizim işimizə və nüfuzumuza hər an maneə olan və xələl gətirən qüvvələrlə mübarizə aparsaq da, geri çəkilmədik. Əksinə partiyanın adını və şərəfini əməli işlərimizlə yüksəldərək qoruyub saxladıq. Partiyaya rəhbərlik etdiyim iki il ərzində Xocalılarla, şəhid, qaçqın və köçkün ailələrlə müntəzəm olaraq görüşmüş, yardımlar etmiş, cəbhə bölgələrinə səfərlər etmişik. Quba məzarlığını ziyarər etmiş, BMM-də İnsan Haqlarının müdafiəsi və bir sıra məsələlər üzrə konfranslar keçirmişik. Ümidvaram ki, qarşıdan gələn bələdiyyə seçkilərində-ilk dəfə olaraq- bizim fəallarımız da təmsil olunmasını qazanacaqdır. Buna görə hələ çox işlər görməliyik”.
Son xəbərlər
Son Xəbərlər