DADP qadınları toplantı keçirdi

dadp-qadinlari-toplanti-kecirdi
Oxunma sayı: 722


Tədbirdə iştirak edən partiya sədri Fatma Əliyeva çıxışında bildirib ki, Azərbaycan ötən ildə hər bir sahədə böyük uğurlar əldə edib. “Demokratik Azərbaycan Dünyası Partiyasınln bütün məramı müstəqilliyimizin möhkəmlənməsində dövlətçiliyimizə sədaqətlə xidmət fəaliyyətinə bağlıdır”. Yüksək intellektual düşüncəyə malik Azərbaycan qadınlarının həyatımızın müxtəlif sahələrində fəallığından danışan Sonaxanım Məmmədova Heydər Əliyevin qadınların cəmiyyət həyatında fəal rol oynamasına xüsusi önəm verdiyini və bu gün həmin siyasətin prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini xüsusi qeyd edib.

DADP-nin Yasamal rayon təşkilatının sədri Sonaxanım Məmmədova iclasda çıxış edərək bildirib ki, partiyanın sıralarında müxtəlif təbəqələrin nümayəndələri fəallıq göstərir. Onların içində ziyalı, həkim, müəllim, evdar xanımlar çoxluq təşkil edir: “Biz çalışırıq ki, sıralarımızda birləşən üzvlərimizin dövlətimizin apardığı daxili və xarici siyasəti dəstəkləsin və ona öz töhvələrini versin. Bizə müraciət edən xanımlarımızım sosial-məişət problemlərinin həlli yollarını tapır və yardım erməyə nail oluruq. Biz çalışmalıyıq ki, Azərbaycanın xarici ölkələrdə mədəniyyətinin tarixinin, incəsənətinin təqdim etməsi yolunda işlər görək. Bununla bağlı layihələrimiz var. Qadınlarımız bu layihələrin həyata keçirilməsi üçün mühüm addımlar atmalıdır”.

Qadınlar şurasının sədri Mehriban Sadıqova çıxışında bildirib ki, partiyanın fəal üzvləri arasında qadınlar çoxluq təşkil edir: “Xanımlarımızla tez-tez tədbirlər keçiririk, xeyirxahlıqla məşğul oluruq, gənc qız-gəlinlərimizlə milli adət-ənənlərimiz, mədəniyyətimizlə bağlı söhbətlər aparır, ağbirçək analarımızın bacarığını, analıq hissinin müqəddəsliyini, vətənə, cəmiyyətə layiqli övlad tərbiyyə edib yetişdirməyin yollarını başa salır, məsləhətlər veririk”.