Dağıntılar altında divara yazdığı bu sözləri gündəm oldu - Video

dagintilar-altinda-divara-yazdigi-bu-sozleri-gundem-oldu
Oxunma sayı: 6200

Zəlzələdən 64 saat sonra xilas edilən gənc oğlanın dağılmış binanın divarına yazdığı sözlər sosial şəbəkələrdə gündəmə çevrilib.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Kahramanmaraşda dağıntılar altında qalan 24 yaşlı Doğan Akkök zəlzələdən 64 saat sonra Antalya Böyükşəhər Bələdiyyəsinin axtarış-xilasetmə qrupları tərəfindən sağ-salamat xilas edilib. Məlum olub ki, gənc dağıntılar altında olarkən divara “Ümidini itirmə” sözlərini yazıb.

Üç gündən sonra ilk dəfə işığı gördüyünü bildirən Doğan təcili yardımla xəstəxanaya yerləşdirilib.