Dağıntılar altında qalan futbolçu vəfat etdi

dagintilar-altinda-qalan-futbolcu-vefat-etdi
Oxunma sayı: 4105

Türkiyədə baş vermiş güclü zəlzələ nəticəsində dağıntılar altında qalan daha bir futbolçu həyatını itirib.

“Qafqazinfo” xəbər verir ki, aşağı liqada çıxış edən “Kahramanmaraş İstiklalspor” klubun oyunçusu Taner Kahriman dünyasını dəyişib.

Dağıntılar altından çıxarılıb xəstəxanaya çatdırılsa da, 25 yaşlı futbolçunun həyatını xilas etmək mümkün olmayıb.