Dağıntılar altında qalan qadın Haluk Leventə mesaj yazdı - Foto

dagintilar-altinda-qalan-qadin-haluk-levente-mesaj-yazdi
Oxunma sayı: 5554

Türkiyəli rok ifaçısı Haluk Levent dağıntılar altında qalan və ona müraciət edən qadının fotosunu sosial şəbəkə hesabında paylaşıb.

“Qafqazinfo” xəbər verir ki, dağıntılar altında qalan Aysel adlı qadın öz fotosunu paylaşaraq “Məni xilas edin” sözlərini yazıb və Haluk Leventin səhifəsini təq edib.

Müğənni isə həmin fotonu öz səhifəsində paylaşaraq “Əziz Aysel, telefonunuzun enerjisini bitirməyin. Köməyə gəlirlər”, - sözlərini yazıb.