Dağıntılar altında yatarkən xilas edildi, ilk reaksiyası belə oldu - Video

dagintilar-altinda-yatarken-xilas-edildi-ilk-reaksiyasi-bele-oldu
Oxunma sayı: 6406

Türkiyədə baş verən zəlzələdən sonra dağıntılar altından daha bir uşaq çıxarılıb.

"Qafqazinfo" xəbər verir ki, xilasedicilər uşağı uçqundan çıxaran zaman uşaq "nə olub? nə olub?" deyə reaksiya verib.

Məlumata görə, zəlzələ uşaq yuxuda olan zaman baş verib və o dağıntılar altından çıxarılana qədər yuxuda qalıb. Oyananda nə baş verdiyinin fərqinə varmadığı üçün belə bir reaksiya verib.

Görüntülər sosial şəbəkələrdə maraqla qarşılanıb.