Dünən Xırdalanda baş verən partlayışda dağıntılar altında qalan daha bir sakinin meyiti çıxarılıb.
"Qafqazinfo"nun hadisə yerində olan əməkdaşının məlumatına görə, 8 yaşlı Aydan Abbasovanın cəsədi səhər saat 4-5 radələrində çıxarılıb.
Qeyd edək ki, Aydanın atası Məharət Abbasovun da meyiti dünən dağıntılar altından çıxarılmışdı, anası isə xəstəxanaya yerləşdirilib, vəziyyətinin yaxşı olduğu deyilir.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər