Dağıntılar altından 88 saat sonra xilas edildi

dagintilar-altindan-88-saat-sonra-xilas-edildi
Oxunma sayı: 4136

Çinin Hunan əyalətinin mərkəzi Çanşa şəhərində 6 mərtəbəli binanın uçmasından 88 saat sonra dağıntılar altından bir nəfərin xilas edildiyi bildirilib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu səhər xilas edilən qadın dağıntılar altından xilas edilən 9-cu şəxs olub.

Aprelin 29-da 88 saat sonra çökən binadan çıxarılan qadının uzun müddət ətrafdakı əşyalara dəyib xilasetmə qruplarına siqnal göndərdiyi və qrupların detektorlarla qadının yerini müəyyən edə bildiyi qeyd edilib.

Xilasedicilər hələ də dağıntılar altında qalan 20-yə yaxın insanı xilas etməyə çalışırlar. Binada olduğu bilinən 39 nəfərdən isə xəbər yoxdur.