Dağıntılar altından çıxarılanların sayı açıqlandı

dagintilar-altindan-cixarilanlarin-sayi-aciqlandi
Oxunma sayı: 2846

“7 840 nəfər dağıntılar altından çıxarılıb”.

“Qafqazinfo” xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Fuad Oktay yerli jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, zəlzələ nəticəsində 2379 nəfər ölüb, 14 483 nəfər isə yaralanıb.

F.Oktay bildirib ki, təbii fəlakət nəticəsində evsiz qalan 330 mindən çox vətəndaş təhsil ocaqlarına yerləşdirilib.