Dağıstan Dövlət Universitetində yoxlamalar - Rektor saxlanıldı

dagistan-dovlet-universitetinde-yoxlamalar
Oxunma sayı: 2506

Rusiya Federal Təhlükəsizlik Xidməti əməkdaşları Dağıstan Dövlət Universitetində yoxlamalara başlayıb.

“Qafqazinfo” “İnterfaks”a istinadən xəbər verir ki, artıq ali təhsil müəssisəsinin rektoru Murtuzəli Rabadanov saxlanılıb.

Hazırda rektorun iş otağında yoxlamalar aparılır. Bütün bunların nə ilə əlaqəli olması isə hələ məlum deyil.

Qeyd edək ki, M. Rabadanov 2013-cü ilin iyunundan 2014-cü ilin aprelinədək Maxaçqala şəhər merinin səlahiyyətlərini icra edib. DDU-nun rektoru vəzifəsində isə o, 2008-ci ildən çalışır.