Dağıstan məktəbində 24 nəfər bibər qazından zəhərləndi

dagistan-mektebinde-24-nefer-biber-qazindan-zeherlendi
Oxunma sayı: 1212

Dağıstanın paytaxtı Mahaçqalada uşaqlar arasında kütləvi zəhərlənmə baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı TASS yayıb. Bildirilir ki, Mahaçqalada bir məktəbdə yuxarı sinif şagirdləri naməlum qaz püskürdüblər. Nəticədə, 19 şagird xəstəxanaya yerləşdirilib. Onlardan 3-nün reanimasiyada olduğu bildirilir.

Qeyd olunur ki, ümumilikdə 24 nəfər zərər çəkib. Onlar arasında 2, 5, 9, 10-cu sinif şagirdləri, həmçinin bir müəllim var.

İlkin məlumatlara görə, insident 9-cu sinif şagirdləri tərəfindən törədilib və havaya püskürdülən bibər qazı olub. 

Hazırda İstintaq Komitəsinin əməkdaşları hadisə yerinə yollanıb.