Dağıstan rəhbəri Həbiblə atasına orden verdi - Fotolar

dagistan-rehberi-hebible-atasina-orden-verdi
Oxunma sayı: 1307

Rusiyanın Dağıstan Respublikasının rəhbəri Vladimir Vasilyev UFC çempionu Həbib Nurməhəmmədovla onun atası və məşqçisi Əbdülmanap Nurməhəmmədovu mükafatlandırıb.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, idmançı ilə atası “Dağıstan Respublikası qarşısında xidmətlərinə görə” ordeni ilə təltif olunublar. Nurməhəmmədovlar regionun ali mükafatına idman nailiyyətlərinə görə layiq görülüblər. Ata Nurməhəmmədov sambo döyüşü üzrə 18 dünya çempionuna dərs keçməklə Ginnesin Rekordlar Kitabına düşüb.

Vasilyev Həbibə Toni Ferqyusonla gözlənilən görüşündə uğurlar diləyib.