Dağıstan Respublikasının yeni rəhbəri seçildi

Dağıstan Respublikasının yeni rəhbəri seçildi
Oxunma sayı: 3401

Dağıstan Xalq Məclisinin (parlament) millət vəkilləri 2020-ci ilin oktyabrından regiona müvəqqəti rəhbərlik edən Sergey Melikovu respublikanın yeni rəhbəri seçiblər.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, 90 deputatdan 82-si Melikova səs verib. Dağıstanın yeni rəhbəri göstərilən etimad və dəstəyə görə ölkə prezidentinə, parlament iştirakçılarına təşəkkürünü bildirib.

Melikov and içərək rəsmi olaraq vəzifəyə başlayıb.