Dağıstanda 10 yaraqlı zərərsizləşdirildi

dagistanda-10-yaraqli-zerersizlesdirildi
Oxunma sayı: 814

Dağıstanda iki xüsusi əməliyyat nəticəsində 10 yaraqlı məhv edilib.

Qafqazinfo”nun Virtualaz.org-a istinadən verdiyi məlumata görə, bu barədə TASS agentliyinə respublikanın hüquq-mühafizə orqanlarında məlumat veriblər.

"Son məlumatlara görə, on yaraqlı öldürülüb. Cənub» dəstəsinin lideri Dərbənd və Tabasaran rayonlarının sərhədində, daha doqquz yaraqlı isə Süleyman Stalski rayonunda məhv edilib", - məlumatda belə deyilir.

Öldürülənlərin şəxsiyyəti müəyyənləşdirilir.