Dağıstanda ağır yol qəzası - 2 ölü, 10 yaralı+ Foto

dagistanda-agir-yol-qezasi
Oxunma sayı: 1120

Dağıstanın Kayakent rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.  

“Qafqazinfo”nun “REN TV”yə istinadən məlumatına görə, “Kavkaz” R217 trasında mikroavtobus və iki minik avtomobili toqquşub.

İnsident nəticəsində 2 nəfər hadisə yerində ölüb, 10 nəfər yaralanıb.

Faktla bağlı araşdırma aparılır.