Dağıstanda avtomobil qəzası - 4 ölü

dagistanda-avtomobil-qezasi
Oxunma sayı: 742

Dağıstanın Buyanks rayonunda avtomobil qəzası olub.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

İlkin məlumata görə, qəza 14.00-da qeydə alınıb. BMW və Lada Kalina markalı minik avtomobillərinin toqquşması nəticəsində 4 nəfər həlak olub.

Polis hadisənin  başvermə səbəblərini araşdırır.