Dağıstanda bağçada kütləvi zəhərlənmə - 14 uşaq xəstəxanadadır

dagistanda-bagcada-kutlevi-zeherlenme
Oxunma sayı: 773

Dağıstanın Məhərrəmkənd rayonunda uşaq bağçasında kütləvi zəhərlənmə olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə respublikanın Səhiyyə Nazirliyinin saytında məlumat yerləşdirilib.

Bildirilir ki, 14 uşaq xəstəxanaya yerləşdilib. Onlar əsasən 2-4 yaş qrupuna aid körpələrdir.

Uşaqlara qida zəhərlənməsi diaqnozu qoyulub və vəziyyətlərinin ağırlığı üçüncü dərəcəli qiymətləndirilir. Nazirlik hadisə yerinə mütəxəssislər göndərməyə hazırlaşır.