Dağıstanda baş verən zəlzələ Azərbaycanda hiss olunub

dagistanda-bas-veren-zelzele-azerbaycanda-hiss-olunub
Oxunma sayı: 1742

Bu gün yerli vaxtla 05:05-də Dağıstan ərazisində zəlzələ qeydə alınıb.

"Qafqazinfo" Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, 4.7 maqnitudalı zəlzələnin dərinliyi 10 km olub, Azərbaycanın sərhəd rayonlarında 4-3 bala qədər hiss edilib.