Dağıstanda nazir saxlanıldı

dagistanda-nazir-saxlanildi
Oxunma sayı: 1126

Dağıstanın iqtisadiyyat və regional inkişaf naziri Osman Xasbulatov iki sutkalığa saxlanılıb.

“Qafqazinfo”nun “TASS”a istinadən verdiyi xəbərə görə, o, Moskvadan qayıdarkən Mahaçqala Hava Limanında Daxili İşlər Nazirliyinin açdığı cinayət işi çərçivəsində saxlanılıb.

Xasbulatov 20 milyon rubldan çox gəliri mənimsəməkdə ittiham edilir.

Qeyd edək ki, O. Xasbulatov 2018-ci ilin fevralından iqtisadiyyat və regional inkişaf naziri vəzifəsini daşıyır.