Dağıstanda niqablı şəxs polisə atəş açıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Gazeta.ru” məlumat yayıb.
Polis əməkdaşları Xasavyurt-Tlox avtomobil yolunda sənədləri yoxlamaq üçün həmin şəxsin avtomobilini saxlayıb. Bundan Dağıstanın 41 yaşlı Əli Demilxanov hüquq-mühafizə orqanlarının əməkdaşlarına atəş açıb.
Atəş nəticəsində iki polis əməkdaşı yaralanıb. Məlumata görə, Ə.Delimxanov hadisəni “VAZ 111730” markalı avtomobildə törədib.