Dağıstanda terror törədənlərdən biri azərbaycanlı olub

dagistanda-terror-toredenlerden-biri-azerbaycanli-olub
Oxunma sayı: 1471

Dağıstanın Tabasaran rayonunda partlayıcı işə salaraq bir polis əməkdaşının ölümünə səbəb olan terrorçulardan biri azərbaycanlı olub.

“Qafqazinfo” Rusiya KİV-ə istinadən xəbər verir ki, terrorçuların iki nəfərdən ibarət olduğu müəyyənləşib. Onlardan biri Azərbaycan vətəndaşı Elçin Hacıyev olub. Həmin şəxslər haqqında daha dəqiq informasiya DNT analizindən sonra müəyyənləşəcək.

Xatırladaq ki, martın 30-da Dağıstanın Tabasaran rayonunda hüquq-mühafizə orqanı əməkdaşları Dərbənd istiqamətində hərəkət edən şübhəli minik avtomobilini saxlamağa çalışıblar. Bu zaman avtomobildəki şəxslərdən biri partlayıcı qurğunu işə salıb, nəticədə bir polis ölüb.