Dağıstanda usta işləyən azərbaycanlı faciəvi şəkildə öldü

dagistanda-usta-isleyen-azerbaycanli-facievi-sekilde-oldu
Oxunma sayı: 5155

Dağıstanda tikintidə usta işləyən azərbaycanlı faciəvi şəkildə həyatını itirib.

"Qafqazinfo"nun məlumatına görə, Qax rayon Qum kənd sakini 1988-ci il təvəllüdlü Səid Əmrullah oğlu Əmirov işlədiyi hündürmərtəbəli binanın 11-ci mərtəbəsindən yıxılaraq ölüb.

34 yaşlı S. Əmirovun nəşi doğulduğu Qax rayonuna gətirilərək Qum kənd qəbiristanlığında dəfn olunub.

Mübariz Muradov